AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Qədim Şəmkir qəbirstanlığı

Geriyə 

Şəmkir rayonunda Kür çayının sol sahilində, körpüdən 2 km şimal–qərbdə “Qara Musanın Yataq yeri” adlanan alçaq təpə üzərində yerləşir. Qəbirstanlığın salamat qalmış sahəsi 5 hektardan artıqdır. Qəbirstanlıq ərazisində kiçik çaydaşları ilə düzbucaqlılar izlənilir. Arxeoloji qazıntılarla həmin düzbucaqların qədim qəbirlərin nişanəsi olduğu müəyyənləşdirilib. Qəbirlər 2,4-3,5 m dərinliklərdə üzə çıxarılıb.
1978-1983-cü illərdə qəbirstanlıq ərazisində Q.Aslanovun rəhbərliyi ilə 1550 m sahədə arxeoloji qazıntı aparılaraq burada 44 torpaq qəbir tədqiq edilib. 25 qəbirdə tək dəfn, 16 qəbirdə 2-dən 12-yədək olmaqla kollektiv dəfn müəyyənləşdirilib. Üç qəbirdə isə skelet aşkarlanmayıb və onlar kenataf qəbir hesab edilir.
Skelet qəbirdə yarım bükülü vəziyyətdə, böyrüüstə idi. 13 və 15 № li qəbirlərdə adamla birlikdə at da dəfn edilmişdi. Görünür, at qurban verilmiş və sahibi ilə birlikdə basdırılmışdı.
Qəbirlərin çoxunda skeletlərin kəlləsinin arxasında bir və ya iki nizə qoyulmuşdu, sağ və sol tərəflərində bir sırğa, və ya skif tipli tunc ox ucluğu vardı. Skeletin qarşısında içərisində quş, heyvan sümükləri olan gil qab qoyulmuşdu.
Qəbirlərin bir qrupunda yanmış heyvan sümükləri, hisslə örtülmüş gil qablar, kömür, kül, ocaq qalıqları aşkarlanmışdır. Skeletin üstü isə oxra ilə örtülmüşdü . Bəzi qəbirlərdə skeletin ayrı-ayrı hissələri müxtəlif yerlərdə idi. Q.Q.Aslanovun təsdiq etdiyi kimi, bu parçalanmış cəsədin dəfn olunduğunu sübut edir.
Qəbir avadanlığı müxtəlifdir və saxsı qablar, araba təkəri modeli, əmək alətləri, silahlar, metal, sümük və minerallardan hazırlanmış bəzək əşyaları, kauri, musiqi alətinin hissəsi və s. təmsil olunur.
Qəbirlərdə müxtəlif zərif saxsı qablarla yanaşı həm də kobud formalaşdırılmış, gilinin tərkibinə qum qatılmış qabların tapılması da diqqəti çəkir. Yuxarıda qeyd olunduğu kimi kinotaflara, yəni skeletsiz qəbirlərə də rast gəlinib. Diqqətəlayiqdir ki, belə qəbirlərdən birində 23N-li qəbirdə insanabənzər ağac tir aşkarlanıb. Görünür, bu ağac tir döyüşdə həlak olan və ya yürüşdən qayıtmayanın əvəzinə qəbirə qoyulub.
Şəmkir qəbirstanlığı haqqında məlumatları yekunlaşdıraraq təsdiqləmək olar ki, burada müxtəlif dəfn adəti izlənilir. Qəbirstanlıq e.ə.VII-IV əsrlərə aid olunur.