AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Çənlibel tapıntıları

Geriyə 

Tunc quş fiquru

Uzun, düz dimdiyi olan quş fiquru tərəzi oxunun bəzəkli hissəsi hesab olunur. Tədqiqatçıların bəziləri onu qrifon, digərləri leylək hesab edirdilər. Fiqurun aşağı hissəsi sınmışdır. Salamat qalmış hündürlüyü 6 sm, eni 2 sm, qalınlığı 1,5 sm – dir. Bu plastik sənət əsəri Alban dövrünə təsadüf edilir. 1927-ci ildə Y.A.Paxomov tərəfindən Çənlibel kəndindən tapılıb.

Daş heykəl fraqmentləri

Xırda məsaməli əhəngdaşından yonulmuş çılpaq kişi heykəlinin gövdəsi. Heykəlin baş və ayaqları yoxdur. Heykəlin salamat qalmış qalığının hündürlüyü 30 sm, eni 15 sm, qalınlığı 8 sm-dir. Heykəl son antik dövrə aid edilir. Heykəl 1934-cu ildə Paxomov tərəfindən Çənlibel kəndindən tapılıb.