AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
May-İyun 2013

Şəmkir arxeoloji ekspedisiyası Şəmkir şəhər yerində IV və V qazıntı sahələrində tədqiqatları davam etdirib. IV qazıntı sahəsinin 16R-16N kvadratlarında narınqalanın şimal divarı içəri tərəfdən bünövrəyədək öyrənilib. Burada bünövrədən divar qalıqlarının hündürlüyü 5,8 metrdir. Hörgünün aşağı cərgələri 90 sm hündürlüyədək ağ daşla –“zəyəmdaşı” ilə hörülüb.

Daha sonra Arran memarlıq məktəbi üçün səciyyəvi olan çaydaşı, bişmiş kərpic və ağ daşla qarışıq polixrom hörgü ilə hörülüb. Bünövrədən 45 sm hündürlükdə narınqalanın şimal divarında eni 26 sm, hündürlüyü 30 sm olan açırım düzəldilib.

IV qazıntı sahəsinin şimal-qərb sektorunda, orta əsr mədəni təbəqəsinin aşağı inşaat qatında məişət təyinatlı tikinti qalıqları üzə çıxarılıb. Təəsüf ki, onlar güclü dağıntıya məruz qalıb. Bu tikililər çaydaşı və bişmiş kərpicdən inşa olunub. Torpaq döşəmə qalınlığı 3 sm olan əhəngli məhlulla suvanıb. Bütün otaqlarda kiçik ölçülü təndir qalığı aşkarlanıb.

IX-X əsrlərə aid bu inşaat qatında 45x45x6 sm ölçüdə bişmiş kərpic nümunələri qeydə alınıb.

10M və 10N kvadratlarının cənub hissəsində yerləşən bina qalığı diqqətəlayiqdir. Onun inşaasinda müxtəlif üslublardan istifadə olunub. Binanın aşağı qatı torpaqda çaydaşından kirəcli məhlulla inşa olunub. İçəri tərəfdən divarın üzərinə suvaq çəkilib. Binanın yuxarı yarısı bişmiş kərpic və çaydaşından qarışıq hörgü ilə ucaldılıb və bu hörgü divarda həndəsi bəzək əmələ gətirir. Binanın şimal divarı tam, şərq və qərb divarları qismən üzə çıxarılıb. Şimal divarının uzunluğu 7,5 m, hündürlüyü 3m, eni 70 sm. Qarışıq hörgü yalnız şimal divarda qalıb. Şimal divarda aşağı hissədən yuxarıya keçiddə eni 36 sm, hündürlüyü 50 sm olan oval biçimli açırım düzəldilib. Binanın döşəməsi yastı çaydaşları ilə səliqə ilə döşənib.

V qazıntı sahəsində birinci tağlı açırımdan cənub-şərqə uzanan divarın tədqiqi davam etdirilib. Bu divar sonda kəskin enir və burada hündürlüyü 60 cm təşkil edir.

Təsvir olunan divardan 3,9 m qərbdə bişmiş kərpicdən inşa olunmuş dörd sütun qalığı aşkarlanıç. Onların arasındakı məsafə 2,9 -2,95 metrdir. Sütunların ölçüləri: 70 x 70 sm; 75 x 75 sm; 75 x 78 sm. Birinci sütun nisbətən yaxşı qalıb və onun hündürlüyü 53 sm olub hörgünün 7 cərgəsi salamatdır. Sütunun bünövrəsi çaydaşından kirəcli məhlulla qoyulub.

Arxeoloji qazıntılardan əldə olunan tapıntılar əmək alətlərindən, şirsiz və şirli keramika nümunələrindən, bəzək əşyalarından və mis sikkələrdən ibarətdir. Tapıntəlar arasında “minai” tipli fayans qab qırıqları, zərgər putası diqqətəlayiqdir.
Konsrevasiya və möhkəmləndirmə işləri narınqalanln cənub divarında aparılır.